EN

1 milyon dolları rədd edən riyaziyyatçı tənha həyat sürür

Yazını böyüt
Yazını kiçilt

Riyaziyyat dünyasının ən böyük tapmacalarından hesab edilən Puankare fərziyyəsini sübut edən rus riyaziyyatçı Qriqori Perelman elmi uğurlarına baxmayaraq, şöhrət və maddi mükafatları rədd edərək cəmiyyətdən tamamilə uzaq həyat sürməyə davam edir. Bu gün Sankt-Peterburqun ətrafında sadə mənzildə yaşayan 58 yaşlı Perelman lüks və rahatlığa tamamilə “yox” deyib.

Hafta.az-ın yazdığına görə, Perelman riyaziyyat ictimaiyyəti ilə fikir ayrılıqlarını və mükafat sisteminə etirazlarını əsas gətirərək 1 milyon dollarlıq mükafatı götürməyib. Mükafatın bir hissəsi sonradan gənc riyaziyyatçıların işini dəstəkləmək üçün istifadə edilib.

Təvazökar həyat sürən Perelman, anası Lyubov Lvovna ilə Sankt-Peterburqun Kupçino rayonunda kiçik mənzildə yaşayır. Təqaüdçü riyaziyyat müəllimi olan anası oğlunun ən böyük dəstəkçisi kimi tanınır.

78.ru portalına danışan məhəllə sakinlərinin sözlərinə görə, Perelman hər gün yerli bazardan ən sadə və ucuz yemək alır. Daha çox ucuz makaron, çörək və alma yeyir. Paltarları köhnə və baxımsızdır, onu tez-tez köhnə şalvar və rezin başmaq geyinən görürlər. Onlarla ünsiyyət qurmağa çalışan qonşular çox vaxt uğursuz olurlar. Çünki Perelman insanlarla danışmağı demək olar ki, dayandırıb.

Riyaziyyat aləmində əfsanə kimi tanınan Perelmanın ailəsi də elmlə iç-içə həyat yaşayıb. Ondan bir neçə yaş kiçik olan bacısı Yelena da riyaziyyatçıdır və hazırda Stokholmda proqram mühəndisi işləyir. Ancaq hər ikisinin əlaqədə olub-olmadığı məlum deyil.

Perelmanın qeyri-adi həyatı son illər kino dünyasının diqqətini cəlb edib. Məşhur riyaziyyatçının həyatından bəhs edən “Vitrin nüsxəsi” adlı bioqrafik filmin 2023-cü ildə çəkilib.

Chosen
1
hafta.az

1Sources