"Kapital Bank” ASC-nin Müşahidə Şurasına yeni rəhbər təyin olunub.
Bu barədə "Demokratikmusavat.com" "banker.az"-a istinadən xəbər verir.
Belə ki, "Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən 17 mart 2025-ci il tarixindən etibarən "Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü, Bir ekosisteminin Baş İcraçı Direktoru, zəngin maliyyə tərcübəsinə sahib Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib.