EN

Ağdərənin Həsənriz kəndinə köçmək üçün 360 nəfər siyahıya alınıb

Ağdərə rayonunun Həsənriz kəndinə köçmək üçün artıq 360 nəfər siyahıya alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

O, həmçinin qeyd edib ki, sözügedən kənddə 606 ev var, 50 ailə artıq köç edib və 92 ev təmir olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Chosen
7
3
apa.az

7Sources