EN

ABŞ-də bir ilk: Məhkum Azot qazı ilə edam olundu

ABŞ-nin Luiziana ştatında Jessie Hoffman 15 ildən sonra edama məhkum edilən ilk şəxs olub. Hoffman, ştatda azot qazı ilə edam edilən ilk məhkum olaraq tarixə keçib.

 

Sfera.az "Hürriyet"ə istinadən xəbər verir ki, Ali Məhkəmənin, bölgə hakiminin edamın dayandırılması qərarını ləğv etməsindən sonra Hoffman cəzalandırılıb.


Hoffman fevral ayında məhkəməyə müraciət edərək edamının dayandırılmasını istəyib. Vəkilləri isə martın əvvəlində keçirilən məhkəmədə azot qazı ilə edamın ABŞ Konstitusiyasına zidd olduğunu bildiriblər.


12 martda ABŞ Əyalət Məhkəməsinin hakimi Şelli Dik Hoffmanın azot qazı ilə edamını əngəlləyən müvəqqəti qərar qəbul etmişdi. Lakin ABŞ Ali Məhkəməsi bu qərarı ləğv edib.


Bəsti Rəfizadə

Chosen
7
sfera.az

1Sources