EN

Ayda gün belə batır - NASA ilk dəfə paylaşdı - FOTO 

NASA  Ayda gün batımının ilk keyfiyyətli şəkillərini paylaşıb.


 Blue Ghost kosmik gəmisi tərəfindən çəkilən bu görüntülər Günəş batdıqca Ayın üfüqü boyunca yayılan parıltısını göstərir.


Bu şəkillər "ay üfüqünün parıltısı" kimi tanınan sirli fenomen haqqında daha çox məlumat əldə etmək üçün alimlərə yeni imkanlar yaradacaq. NASA bu şəkilləri Hyustondakı Conson Kosmik Mərkəzində mətbuat konfransında təqdim edib.


Şəkillərdə Yer və Venera da görünür, və Ayın şimal-şərqindəki Mons Latreille bölgəsində, vulkanik formasiya olan Mare Kriziumun yaxınlığında çəkilmişdir. Bu, Firefly Aerospace ilə birgə həyata keçirilən 14 günlük missiyanın uğurlu şəkildə başa çatdığını bildirir.

NASA Administratoru Coel Kearns "Bunlar günəşin batmasının və sonra üfüqün arxasında qaralmasının ilk yüksək keyfiyyətli şəkilləridir," sözlərini deyib.


Qeyd edək ki, ay üfüqünün parıltısı ilk dəfə 1972-ci ildə Apollon 17 missiyası zamanı astronavt Eugene Cernan tərəfindən müşahidə edilib.


Chosen
2
3
referans.az

4Sources