Rusiya Prezidenti Vladimir Putinin fikirləri reallıqla uzlaşmır.
APA xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın dövlət başçısı Aleksandr Stubb ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Putinin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturuna 150 dronla zərbələr endirib.