EN

Ağdamda qəzada piyadanın ayağı qopdu

Ağdam. Trend:

Ağdamda baş verən qəzada piyadanın ayağı qopub.

Trend-in yerlimüxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsiərazisində baş verib.

Hərəkətdə olan "KİA" markalı avtomobil yolu keçmək istəyən Ağdamrayon Mərzili kənd sakini Əliyev Vidadini vurub. Qəza nəticəsindəV.Əliyevin sol ayağı diz nahiyəsindən qopub.

O, Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətiağırdır.

V.Əliyev Ağdam Komunal Müəssisələri Kombinatı (QAMXOZ)əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
az.trend.az

1Sources