EN

Polad tökmə və boru istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında ölkədə 59,8 min ton polad tökmə və 26 min ton polad borular istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə polad tökmə istehsalı 4,9 faiz və ya 2,8 min ton, polad boruların istehsalı isə 2,1 dəfə və ya 13,6 min ton artıb.

Cari ilin mart ayının 1-nə polad tökmə və polad borular üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 3 min ton və 4 min ton təşkil edib.

Chosen
39
2
vergiler.az

10Sources