EN

Avropa İttifaqınınYENİ PLANI

Brüssel Moskvanın atəşkəs rejimi üçün şərt kimi irəli sürməsinə baxmayaraq, Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil.

“İki sahil” xəbər verir ki, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bunu “Reuters” agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Kaya Kallas martın 19-da Brüsseldə Avropa İttifaqının müdafiə məsələləri ilə bağlı “Ağ kitab”ını təqdim edəcək. Avropa Komissiyası tərəfindən iqtisadiyyatın militarizasiyası üçün hazırlanan plan üzv ölkələrin hərbi potensialının və Kiyevə silah tədarükünün artırılmasına yönəlib.

Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Ukrayna müharibəsində 30 günlük atəşkəs rejimi, eskalasiyanın qarşısının alınması və bir sıra beynəlxalq məsələlər müzakirə olunub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin tərəflərin enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtinası ilə bağlı Ağ evin təklifini qəbul edib.

Chosen
1
3
ikisahil.az

4Sources