EN

Pərvin Abıyeva İlaxır Çərşənbəni villasında qeyd etdi - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva İlaxır Çərşənbə bayramını özünəməxsus şəkildə qeyd edib. O, sosial media hesabında villasından görüntülər paylaşaraq bayram əhval-ruhiyyəsini izləyiciləri ilə bölüşüb.

Yenisabah.az xəbər verir ki, bayram gecəsinin xüsusi atmosferini əks etdirən videolarda Abıyevanın sevdikləri ilə birlikdə bu əziz günü qeyd etdiyi və tonqaldan tullandığı görünür. Aktrisanın paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb .

Qeyd edək ki, İlaxır Çərşənbə Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbənin sonuncusudur və yazın gəlişini müjdələyir. Adətə görə, bu gün ailələr bir araya gəlir, süfrələr bərəkətlə dolur və müxtəlif ayinlər icra edilir.

Aytac Şahin


Telegram kanalımız
Chosen
29
yenisabah.az

1Sources