“”Azadlıq” Radiosunun maliyyəsinin dayandırılması ilə bağlı xəbər Avropa düşərgəsində böyük faciə kimi qəbul edilib. Buna görə də, 10 ölkə birləşərək “Azadlıq” Radiosunun maliyyəsini təmin etmək istəyir."
Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.
Onun sözlərinə görə, Avropanın narahatlığına səbəb odur ki, “Azadlıq” Radiosu azad media adı altında Qərbin siyasi maraqlarını həyata keçirən bir vasitədir:
"Bu media orqanının fəaliyyəti sifarişlər üzərində qurulub və azad media adı altında ölkələrdə sabitliyi pozmağa yönəlmiş xəbər yayımı həyata keçirilir.
Hər bir ölkə öz daxilində demokratiyanı və söz azadlığını qorumağa çalışır. Lakin “Azadlıq” Radiosu kimi xarici media orqanları aldıqları sifarişlərə əsasən müəyyən dairələrin siyasi maraqlarını həyata keçirirlər. Əks halda, Qərbin “Azadlıq” Radiosunun maliyyələşdirilməsində nə marağı ola bilər? Təbii ki, onların əsas məqsədi milli dövlətlərin müstəqil siyasət yürütməsinə mane olmaq, onlara qarşı ikili standartlardan istifadə edərək yanaşmaq və insanların arasında narazılıq yaratmaqdır. Bu tip media qurumlarının əsas fəaliyyət istiqamətləri məhz budur. Bu baxımdan, ABŞ-nin “Azadlıq” Radiosu və digər bənzər media qurumlarının maliyyələşdirilməsinin dayandırılmasını çox düzgün addım hesab edirəm”.