"Bakı metropoliteni” QSC-nin bayram günləri üzrə hərəkət qrafikində dəyişiklik olunub.
Publika.az xəbər verir ki, martın 20-21-də saat 07:00-dan 21:00-dək “Əhmədli - 28 May” istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək.
Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Xətlərin birləşdiyi “28 May” stansiyasından sonra - “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.
“Bakmil” istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.