EN

“Bayer” vacib oyunçusunun zədələndiyini açıqladı

Leverkuzen “Bayer”i “əczaçılar”ın “Roma”dan icarəyə götürdüyü 29 yaşlı ispan mərkəz müdafiəçisi Mario Hermosonun zədələndiyini açıqlayıb.

Arena.az Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, Hermoso Çempionlar Liqasnın 1/8 finalının “Bayern”lə cavab oyununda (0:2) zədələnərək cari mövsümün sonuna qədər müddətə sıradan çıxıb.

Hermoso oyundan sonta tibbi müayinədən keçib və futbolçuya cərrahi müdaxilə gərək olduğu müəyyən edilib. Mario bıçaq altından uğurla çıxıb və bərpa mərhələsinə qədəm qoyub. Leverkuzen klubu isə futbolçuya dəstək nümayiş etdirərək, uğurlar diləyib.

Mario Hermoso “Real”ın yetirməsidir. Ermoso karyerası ərzində “Valyadolid”, “Espanyol”, Madrid “Atletiko”su və “Roma”da çıxış edib.

“Bayer” Hermosonu cari ilin yanvar ayında “Roma”dan cari mövsümün sonuna qədər müddətə icarəyə götürüb.

Hermoso “əczaçılar” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 7 oyun keçirib.

Mario Hermoso 2018-ci ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 5 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 29 yaşlı ispan mərkəz müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Chosen
6
arena.az

1Sources