EN

Azərkosmos Azerspace-1 üzərindən “IoT” xidmətini aktivləşdirib

Bakı. Trend:

Azərkosmos DynaSys Networks şirkəti ilə əməkdaşlıq çərçivəsindəAzerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” (IoT) xidmətiniaktivləşdirib.

Trend-ə bubarədə Azərkosmosdan məlumat verilib.

Qeyd edilib ki, bu addım Azərkosmosun qabaqcıl texnologiyalarıvə inkişaf etmiş peyk rabitə xidmətlərini IoT ekosistemi iləbirləşdirərək, kənd təsərrüfatı və hava keyfiyyətinin izlənməsikimi sahələrdə ən müasir həllərin tətbiqinə imkan yaradır.

Azərkosmosun DynaSys ilə əməkdaşlığı, həmçinin Azərkosmosa özpeyk şəbəkə infrastrukturunu DynaSys-in hərtərəfli IoT platformasıilə inteqrasiya etmək imkanı verir. Bu da öz növbəsində, Avropa,Yaxın Şərq və Afrika regionlarında istifadəçilərə innovativ IoTtətbiqləri ilə əməliyyat səmərəliliyini artırmağa, resursları dahaeffektiv idarə etməyə və yeni gəlir axınları yaratmağa imkanyaradacaq.

IoT texnologiyası müxtəlif sahələrdə tətbiq olunur, məsələn,kənd təsərrüfatında suvarma sistemlərinin uzaqdan izlənməsi vənəzarət edilməsi, sənaye avadanlıqlarının peyk üzərindən izlənməsi,əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətrafmühitin davamlılığı, biznes prosesləri və bank xidmətləri sahəsində- müştəri davranışlarının izlənməsi, təhlükəsizlik tədbirləriningücləndirilməsi və ödəniş sistemlərinin optimallaşdırılması üzrətətbiq sahələri mövcuddur.

Qeyd edək ki, DynaSys Networks Pakistan və Birləşmiş ƏrəbƏmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasındainnovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.

Məqalədə:
Chosen
4
2
az.trend.az

3Sources