İngiltərənin "Çelsi" klubu iki "Real" futbolçusunu birdən transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" həm Rodriqonu, həm də Endriki heyətinə qatmağı düşünür. London təmsilçisi iki braziliyalı üçün 180 milyon avro xərcləməyə hazırdır. 

Rodriqonun 2028-ə, Endrikin isə 2029-a qədər "Real"la müqaviləsi var.

London klubu bu transferləri bitirməkdə israrlıdır.