EN

Dini Komitənin sədri Abşeronda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 19-da Abşeron rayonunda vətəndaşları qəbul edib.

Korrespondent.az xəbər verir ki,  bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda Bakı və Sumqayıt şəhərləri, Abşeron, Zəngilan, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Chosen
1
5
korrespondent.az

10Sources