EN

Hava şəraiti kəskin dəyişəcək: DYP-dən sürücülərə MÜRACİƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
İdarədən Oxu.Az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti martın 24-dək davam edəcək.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.
Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormozlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir".
Chosen
36
50
oxu.az

10Sources