“Qələbəyə və müntəzəm mövsümü lider olaraq başa vurduğumuza görə şadam. Amma məşqçi olaraq məni nəticədən əlavə həm də komandanın oyun keyfiyyəti maraqlandırır".
İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis mətbuat xidmətinə açıqlamasında deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XIX turunda NDT üzərində qazanılan 105:79 hesablı qələbəni şərh edib: "Görüşün sonunda hesab arasındakı fərqdə 30, 20 və ya 2 xal öndə olsaq da, maksimum oynamalıyıq. Yaxşı temp yaxalamışıq. Amma yenə bir müddət fasilə olacaq. Fikir vermisizsə biz 3 məğlubiyyətimizi məhz fasilədən sonra çıxdığımız oyunlarda almışıq. Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm".
Qeyd edək ki, "Sabah" sona bir tur qalmış A qrupunu lider bitirmək vəzifəsinin öhdəsindən gəlib.
İdman.biz