Dünyanın ən məşhur simvollarından biri olan Azadlıq Heykəli tarixin sirli detalları ilə diqqət çəkir. Tacdakı yeddi sünbülün arxasındakı məna da maraq mövzusuna çevrilib.
KONKRET.az xəbər verir ki, Avropa Parlamentinin fransalı üzvü Rafael Glucksmann Trampın siyasətinin Azadlıq Heykəlinin simvollaşdırdığı dəyərlərə zidd olduğunu bildirib və ABŞ-dan heykəli Fransaya geri göndərməsini tələb edib.
Fransız heykəltəraş Auguste Bartholdi tərəfindən dizayn edilmiş Azadlıq Heykəli 1886-cı ildə Amerika Müstəqillik Bəyannaməsinin 100-cü ildönümünü qeyd etmək üçün ABŞ-a hədiyyə edilib və o vaxtdan Nyu-Yorkda azadlıq simvolu kimi xarakterizə edilib.
Aynurə İsmayıl
KONKRET.az