Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı yaşanıb.

Offsideplus.az xəbər verir ki, “Alanyaspor”u çalışdıran Sami Uğurlunun işinə son verilib. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

S. Uğurlu cəmi 4 aydır “Alanyaspor”u çalışdırırdı. O, “Kasımpaşa” klubundan ayrılıb bu posta gəlmişdi.