EN

Ağdərədə görülən işlər, bölgədə canlanma... VİDEO

Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksi istifadəyə verilib. Kənddə köçlə bağlı ümumilikdə 180 ailə  olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib. O, qeyd edib ki, 2,3 hektar sahədə yaradılan kompleks beşmərtəbəli 5 yaşayış binasından ibarətdir. Binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Suqovuşan kəndində  fəaliyyətə başlayan  məsciddə eyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək. ibadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, həyəti yaşıllaşdırılıb. Suqovuşan kəndindəki məscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Rayonunun Həsənriz kəndi də abadlaşır. Eyni zamanda vətəndaşların köçü də davam etdirilir. Artıq 360 nəfər siyahıya alınıb. Kənddə ilkin olaraq 92 ev təmir edilib.

Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə çəkilən avtomobil yolu turizmin inkişafına töhfə verəcək. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından da önəm daşıyır. 

Ümumi uzunluğu 9,4 kilometr olan avtomobil yolu dördüncü texniki dərəcəlidir. Yol bir gediş, bir gəliş olmaqla, iki zolaqdan ibarətdir və hərəkət hissəsinin eni 6 metrdir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
2
1
xezerxeber.az

2Sources