2024-cü illərdə qeydə alınan rekord yüksək temperaturlar buzlaqların əriməsini sürətləndirib, dəniz səviyyəsinin qalxmasına səbəb olub və bəşəriyyəti qlobal fəlakətə daha da yaxınlaşdırıb.
Aznews.az rus KİV-lərinə istinadən xəbər verir ki, anomal isti hava şəraitinin qorxulu fəsadları barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
ÜMT məlumatına əsasən, ötən il dünyanın orta temperaturu sənaye inqilabından əvvəlki səviyyəni 1,55 dərəcə (selsi) üstələyərək, 2023-cü ilin rekordunu təzələyib. İstiləşməyə bir sıra faktorlar o cümlədən günəş dövrələrindəki dəyişikliklər, güclü vulkan püskürməsi, soyuducu aerozolların miqdarının azalması və sai amillər təsir göstərib.