EN

"Azdizayn Group" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA

Azdizayn Group

Marketinq meneceri

Son tarix 19 apr 2025 - [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office);
  • Planlama bacarığı, 
  • Təşəbbüskar, 
  • Yenilikçi, punktual və kreativ ,
  • İşə yaradıcı yanaşma
  • Tədqiqat bacarığı,
  • Biznes yönümlü ünsiyyət bacarığı,

İş haqqında məlumat:

  • Şirkətin  məqsədlərinə uyğun marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək;
  • Reklam, sosial media marketinqi və digər kampaniyaları planlamaq, həyata keçirmək və nəticələrini analiz etmək;
  • Məhsul və xidmətlər üzrə bazar tələbatını, rəqabət mühitini və müştəri ehtiyaclarını analiz etmək;
  • Brendin tanıdılması və müsbət imicinin formalaşdırılması üzrə işlər aparmaq;
  • Rəqəmsal marketinq: SEO, SEM, sosial media platformaları, Google Ads və digər rəqəmsal alətləri effektiv istifadə etmək;
  • Marketinq fəaliyyətlərinin nəticələrini izləmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Əmək haqqı: 1500 AZN.

Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq meneceri” başlığı ilə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Chosen
7
fed.az

1Sources