EN

Putin Trampla Səudiyyə Ərəbistanında görüşə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın görüşü Səudiyyə Ərəbistanında keçirilə bilər.
Oxu.Az TASS-ə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Belə bir variantı istisna etmək olmaz. Lakin hələlik bu məsələ ilə bağlı konkret məlumat yoxdur", - deyə Kremlin nümayəndəsi qeyd edib.
Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff "Bloomberg" agentliyinə müsahibəsində təxmin edib ki, ikitərəfli Rusiya-ABŞ sammiti Səudiyyə Ərəbistanında keçirilə bilər. O qeyd edib ki, Putin və Tramp adından danışa bilməz, lakin bunun baş verməsi üçün ən yaxşı variant budur.
Chosen
47
29
oxu.az

10Sources