EN

Azərbaycanda 12 günlük tətil başlayır

Azərbaycanda bu gündən etibarən ardıcıl 12 günlük qeyri-iş günü olacaq.

 

Sfera.az xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı ilə əlaqədar qeyri-iş günü sayılır. 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.

 

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib. Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq. 31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün də qeyri-iş günləri siyahısına daxil ediləcək. Nəticədə martın 20-dən 31-dək iş olmayacaq.

 

Növbəti iş günü aprelin 1-nə təsadüf edəcək.

Chosen
19
5
sfera.az

10Sources