EN

Metronun "20 Yanvar" stansiyasındakı terrorun şahidi DANIŞDI: "Düşündüm ki, ayaqlarım yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qatar dayananda "20 Yanvar" deməyə macal olmadı, partladı. Mən özüm birinci vaqonun sonuncu qapısında olmuşam. Sonradan baxıb gördüm ki, düz onun arxasında 6 nəfərlik yerə bombanı qoyublarmış. Həmin yerlə aramda heç 2 metr məsafə yox imiş, öyrənəndə dəhşətə gəldim".
Bunu Baku TV-yə açıqlamasında metronun "20 Yanvar" stansiyasında 1994-cü il martın 19-da ermənilər tərəfindən törədilən terror aktının şahidi Səbuhi Rəhimli deyib.
"Birinci vaqonla ikinci vaqonun arası tamamilə açılmış, şüşələr qırılmışdı. Hər yer toz-duman idi. Qaşım çapılmışdı, üzümdən qan axırdı. Düşündüm ki, ayaqlarım yoxdur, sonra toxunanda gördüm ki, yerindədir. Belə hadisələr həyatı daha dərindən öyrənmək, həyatla ölüm arasında sərhəd olmadığını bilmək üçündür. Ümid edirəm, bir də belə müsibətlər, terrorlar xalqımızın başına gəlməz", - deyə o bildirib.
Ətraflı süjetdə:
Chosen
20
oxu.az

1Sources