EN

Rusiya ilə danışıqlarda nazirlər iştirak etməyəcək - Bryus

Rusiya ilə Ukrayna münaqişəsinin həlli üzrə danışıqların yeni mərhələsi nazirlər səviyyəsində keçirilməyəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

"Sizə deyə biləcəyim tək şey budur. Nazir səviyyəli şəxslər deyil, bunlar Ukraynada atəşkəs razılaşmasının texniki çərçivəsini müzakirə edən yüksək vəzifəli məmurlar olacaq", - Bryus qeyd edib.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüşün bazar günü Ər-Riyadda keçiriləcəyi gözlənilir.

Chosen
20
axar.az

1Sources