17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsinin B Liqasının 6-cı qrupunda mübarizəyə uğursuz başlayıb.
Offsideplus.az xəbər verir ki, yığmamız bu gün Albaniyanın Elbasan şəhərində yerli komandaya böyük hesabla uduzub - 1:4.
Yeniyetmə futbolçularımız qapılarından erkən qol buraxsalar da, fasilədən qayıdan kimi hesabı bərabərləşdiriblər Ancaq qalan vaxt ərzində Albaniya yığması daha 3 dəfə fərqlənib.
İlham Yədullayevin yetirmələri martın 22-də Uelsə qarşı çıxış edəcəklər.
Avropa çempionatının II seçmə mərhələsi
B Liqası, 6-cı qrup
Albaniya - Azərbaycan 4:1
Tunar Rzayev, 47 - Evangelos Qyoka, 7,53,64, Qabriel Kulya, 76