EN

Ukrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib

Kiyev, 20 mart, AZƏRTAC

Ukrayna Hərbi Hava Qüvvələri F-16 qırıcılarının yeni partiyasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlər üçün onlayn brifinqdə məlumat verib. Volodimir Zelenskinin sözlərinə görə, Ukraynanın azı 128 ədəd F-16 qırıcısına ehtiyacı var.

Qeyd edək ki, 2023-cü ildə Ukrayna və müttəfiqləri F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi üçün hava koalisiyası yaradıblar. 2024-cü ildə tərəfdaşların ilk F-16 qırıcıları Ukraynaya gəlib. Ukraynanın dəqiq neçə təyyarə aldığı məlum deyil. Ukraynaya ilk F-16-ları Niderland və Danimarka təhvil verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
25
1
azertag.az

2Sources