EN

Buenos-Ayresin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilib

Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilib.

APA xəbər verir ki, aksiya iştirakçıları təqaüdçülərin müdafiəsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin polisin və Təhlükəsizlik Nazirliyinin aksiya iştirakçılarına qarşı hərəkətlərinə qarşı çıxış ediblər.

Toplananlar arasında çoxlu sayda yaşlı insanın olduğu bildirilir. Onlarla yanaşı müxtəlif həmkarlar ittifaqlarının nümayəndələri və gənclər də onlara dəstək olublar.

Budəfəki aksiya əvvəlkindən fərqli olaraq dinc şəraitdə, lakin təhlükəsizlik tədbirləri gücləndirilməklə keçirilib.

Səhər saatlarında polis konqresə yaxınlaşan yolları, yaxınlıqdakı küçələri bağlayıb və nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Chosen
48
36
apa.az

10Sources