EN

“Motivasiya üçün Vensin portretinə baxıram” - Mask

ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask motivasiya üçün vitse-prezident Ceyms Devid Vensin Ağ Evdə asılmış portretinə baxdığını deyib.

“Qafqazinfo” xəbər verir ki, amerikalı iş adamı bunu “X” hesabındakı paylaşımında yazıb.

O, Minnesota ştatının qubernatoru Tim Uolsun “Kiçik motivasiya” üçün “Tesla”nın düşən səhmlərinə baxın” fikirlərinə cavab olaraq bunları qeyd edib:

“Bəzən bir az motivasiyaya ehtiyacım olanda Ağ Evdə Ceyms Devid Vensin portretinə baxıram”.

Maskın kinayəli zarafatı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Uols ötən il baş tutan ABŞ prezident seçkilərində Demokratlar Partiyasının vitse-prezidentliyə namizədliyi uğrunda mübarizə aparıb. Hətta o zaman Mask siyasətçini dəfələrlə tənqid edib. 

Lakin, Mask və Uols arasında münaqişə hələ seçkilərdən əvvəl başlayıb. Mask xüsusən də miqrantlarla bağlı mövqeyinə görə Minnesota qubernatorunu “psixopat” adlandırıb.


Chosen
27
1
qafqazinfo.az

2Sources