EN

Bu bank 95 filialını bağlayır

“Santander” bankı Böyük Britaniyada 95 filialını bağlayacağını elan edib.

Publika.az “BBC”yə istinadən xəbər verir ki, bu, 750 iş yerinin risk altında olması deməkdir.

Bildirilib ki, müştərilər getdikcə daha çox onlayn bank xidmətlərindən istifadə edir və bu səbəbdən filialların bağlanmasına iyun ayından etibarən başlanacaq.

Bundan əlavə, 36 filialın iş saatları azaldılacaq, 18 filialda kassalar ləğv ediləcək.

Chosen
7
50
publika.az

10Sources