EN

"Liverpul” ulduz futbolçunu satmağa hazırdır

"Liverpul” yayda hücumçusu Luis Diazla yollarını ayırmağa hazırdır. SİA xəbər verir ki, komandanın baş məşqçisi Arne Slotun müqaviləsi 2027-ci ildə başa çatacaq 28 yaşlı futbolçunun satışına icazə verib. Bu barədə “Mundo Deportivo” məlumat yayıb. “Barselona” Diazın xidmətində maraqlıdır. Kataloniya klubunun direktoru Deko isə kolumbiyalı futbolçunun böyük pərəstişkarıdır. “Liverpul” hücumçu üçün təxminən 70 milyon avro tələb edəcək. “Barsa”nın bu pulu tapacağına şübhələr var. Diazla PSJ, “Mançester Siti”, “Milan” və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, 2024/25 mövsümündə o, “Liverpul”un heyətində 42 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Chosen
17
1
sia.az

2Sources