Ələt-Astara yolunda qəfil ölüm hadisəsi baş verib.
News24.az Unikal.az-a istinadən xəbər verir ki, Türkiyəyə məxsus TIR-ın 52 yaşlı sürücüsü, Namiq Mehdər Ələt-Astara avtomobil yolunun Salyandan keçən hissəsində qəfil vəfat edib.
Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.