EN

Millinin keçmiş hücumçusu 43 yaşında vəfat etdi

Monteneqro millisinin sabiq futbolçusu Andriya Delibaşiç vəfat edib.

Futbolpress.az xəbər verir ki, keçmiş hücumçu beyin xərçəngi səbəbindən 43 yaşında dünyasını dəyişib.

Delibaşiç karyerası ərzində Serbiyada “Partizan”, İspaniyada “Malyorka”, “Real Sosyedad”, “Valyekano”, Portuqaliyada “Benfika”da çıxış edib. O, Monteneqro millisində 21 oyunda 6 qol vurub.

Chosen
94
futbolpress.az

1Sources