EN

“Liverpul”un hücumçusu “Atletiko”ya keçə bilər

“Liverpul”un hücumçusu Darvin Nunyes karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” uruqvaylı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “GiveMeSport” portalı məlumat yayıb.

Madrid klubu hücumçunu 35 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək istəyir. Yayda klublar arasında danışıqlar başlayacaq.

Nunyes bu mövsüm 40 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.

Chosen
25
16
futbolpress.az

10Sources