“Napoli” rəhbərliyinin növbəti “transfer pəncərəsi” ilə bağlı planı məlum olub.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu heyətinə 7-8 futbolçu qatmağı planlaşdırır.
İnsayder Nikolo Skiranın məlumatına görə, “Napoli” yanvarda PSJ-yə satdığı Xviça Kvaratsxeliyanın yerinə yarımmüdafiəçi, əlavə olaraq müdafiəçi, iki mərkəz müdafiəçisi, bir və ya iki cinah yarımmüdafiəçisi transfer etmək istəyir.
Antonio Kontenin komandası skudetto uğrunda mübarizəni davam etdirir.
“Napoli” hazırda A seriyasında 29 turdan sonra 61 xalla 2-ci yerdədi. Komanda lider “İnter”dən 3 xal geri qalır.