EN

Ləzgilərin özünəməxsus qədim Novruz ənənələri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qusarda yaşayan ləzgilər keçmişdən gələn Novruz adət-ənənələrini qoruyub saxlayır və nəsildən-nəslə ötürürlər.
Onlar Bahar bayramını "Yaran suvar" adlandırırlar. "Yaran suvar" torpağın oyanışı, yeni gün deməkdir.
Bayram münasibətilə Qusarda olan Baku TV əməkdaşı ləzgilərin özünəməxsus Novruz ənənələri ilə tanış olub.
"Bayramda iməcilik edirik. Xalça, corab toxuyur, yun darayırıq, cehiz hazırlayırıq. Qızı ərə vermək üçün ləzgilərin adətidir ki, qohum-qonşu bir yerə yığılır, hamı birlikdə qızı yola salır", - Qusar sakini deyib.
"Bu bayram hər il təntənəli formada qeyd olunur. Papaq bizdə çox qiymətli, müqəddəs geyim növüdür. Kişilər həmişə papağı qoruyublar. Biz də çalışırıq ki, bunu qoruyaq", - başqa bir sakin söyləyib.
Daha ətraflı süjetdə:
Chosen
143
2
oxu.az

10Sources