EN

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub

İspaniya millisinin və London "Arsenal"ının qapıçısı David Raya bu mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı qapıçısıdır.

Oxu.Az "WhoScored" statistik portalına istinadən xəbər verir ki, 29 yaşlı qolkiper "topçular"ın qapısına vurulan 95 zərbədən 71-ni qaytarıb və ya tutub. Beləliklə, onun uğurlu seyvlərinin göstəricisi 74.7 faizdir.

Eyni zamanda, David Raya "quru" oyunların sayına görə 11 matçla reytinqdə ikinci yerdədir. Bu göstəricidə lider "Nottingem Forest"in 33 yaşlı belçikalı qapıçısı Matz Selsdir - 12 matç.

Bu mövsüm David Raya bütün turnirlərdə 42 matça çıxaraq bunların 16-da qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 29 oyundan 58 xalla ikinci pillədə qərarlaşıb. Hazırkı lider isə "Liverpul"dur (70 xal).

Chosen
14
1
hakimiyyet.az

10Sources