EN

İran ABŞ-ın təklifini RƏDD ETDİ – “Birbaşa dialoq olmayacaq”

“Hazırda təhdidlərə görə Tehran və Vaşinqton arasında birbaşa dialoq imkanı yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri rəhbəri Abbas Əraqçi deyib.
 

“Bu məsələ ilə bağlı mövqeyimiz tamamilə aydındır. İran maksimum təzyiq siyasəti, səslənən təhdidlər altında qarşı tərəfin İrana və İran xalqına münasibətində dəyişiklik olmayana qədər ABŞ-la birbaşa danışıqlara getməyəcək. Hər gün səslənən ittihamları nəzərə alsaq, biz Amerika tərəfi ilə birbaşa danışıqlara getməyəcəyik, lakin dolayı danışıqlara yol açıqdır”, - deyə o vurğulayıb.


Onun sözlərinə görə, Tehran ABŞ ilə dolayı danışıqlara hazırdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 20-də İranın ali rəhbəri Əli Xameneyiyə yazdığı məktubda nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün İslam Respublikasına iki ay müddət verib.

Ayşən Rəhim, Bizim.Media

Chosen
132
50
bizim.media

10Sources