EN

İmamoğlu həbsxanaya belə aparıldı – FOTO

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqında həbs edilən İBB Bələdiyyə sədri Əkrəm İmamoğlunun Silivri Həbsxanasına aparılarkən fotosu yayılıb. İmamoğlunun əllərinin qandallı olmaması diqqəti cəlb edib.

KONKRET.az xəbər verir ki, korrupsiyaya görə Silivridəki Mərmərə Cəzaçəkmə müəssisəsinə göndərilən Əkrəm İmamoğlu cinayət təşkilatı yaratmaq və idarə etmək, rüşvət almaq, qəsb etmək, şəxsi məlumatların qanunsuz qeydiyyatı və tenderləri saxtalaşdırmaq cinayətlərinə görə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb.

İmamoğlunun həbsxanadakı ilk axşamında mərci şorbası, souslu toyuq dönəri, vermişelli bulqur plovu bişirildiyi və ayran içdiyi məlum olub.

Bugünki menyuda qaynadılmış ət, verməşilli düyü plovu, kaşar pendiri, xurma, ərik qurusu, revani deserti və ayranın olduğu deyilir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
84
50
konkret.az

10Sources