EN

Hərbi Prokurorluğun rəhbər şəxsləri Novruz bayramı ilə əlaqədar hərbi hissələrdə olublar - FOTO

Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Ardınca Dövlət Himni səsləndirilib.

Bundan sonra, Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.

Daha sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan bəhs edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən danışılıb. Eləcə də qazanılan uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə və lokal xarakterli antiterror tədbirləri, o cümlədən xalqın müdrikliyi və hərbçilərin şücaəti xüsusi vurğulanmaqla qürur dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Ardınca "Konstitusiya və Suverenlik ili" çərçivəsində hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuların sualları cavablandırılıb, onların qayğı və problemləri dinlənilib.

Sonda hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.



Bizim.Media

Chosen
34
23
bizim.media

10Sources