Bu gün Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.
Korrespondent.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən bildirir ki, bu il sonuncu-dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Bu il ilk Qədr gecəsi martın 18-də, ikincisi martın 20-də, üçüncüsü isə martın 22-də olub.
Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Onu da xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.