EN

"Russneft"in xalis mənfəəti 2,7 dəfə artaraq 645,14 mln. dollara çatıb

"Russneft" şirkətinin 2024-cü il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hazırlanmış hesabatına əsasən, xalis mənfəət əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 54,3 milyard rubl (645,14 milyon dollar) təşkil edib. 

Valyuta.Az "TASS"a istinadən xəbər verir ki, 2023-cü ildə bu göstərici 20,4 milyard rubl (242,37 milyon dollar) idi.

Hesabat dövründə "Russneft"in gəlirləri 26% artaraq 300,1 milyard rubla (3,56 milyard dollar) çatıb.

Şirkətin ümumi mənfəəti 37% artaraq 91,24 milyard rubl (1,12 milyard dollar), əməliyyat mənfəəti isə əvvəlki ilin 24,44 milyard rubl (290,39 milyon dollar) göstəricisi ilə müqayisədə 69,3 milyard rubl (823,42 milyon dollar) təşkil edib.

"Russneft" şirkətlər qrupu Rusiyanın ən iri on neft hasilatçısından biridir. Şirkətin 2P kateqoriyası üzrə ehtiyatları Beynəlxalq SPE təsnifatına əsasən 200 milyon tondan artıq neft təşkil edir.

Chosen
37
valyuta.az

1Sources