1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Saci sikkələrin üzərində Azərbaycan yazılırdı" adlı veriliş hazırlanıb.
Verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə yunan, Roma, ərəb və İran mənbələrində yazılan tarixi həqiqətlər, bu dövrlərdə Ermənistanın dövlət adı kimi qeyd olunmamasından danışıb.
O bildirib ki, ərəblər bu bölgəni işğal edəndən sonra ilk vaxtlarda Azərbaycan ifadəsi işlənirdi: "Ərəb əmirliyinin cənubi Qafqazda əsas mərkəzi Bərdə idi. Dvin də Bərdə də Azərbaycan şəhəri idi. Saci sikkələrin üzərində Azərbaycan yazılırdı. Pulların üzərində "Ərməniyyə" yox, Azərbaycan ifadəsi var idi. Bu ərazini həmişə Azərbaycan sülalələri idarə edib. Ərəb işğalına qədər bu ərazi Azərbaycan qeyd olunurdu".
Onun sözlərinə görə, Ermənistan dövləti adı 1918-ci ildə ortaya çıxıb: "Dərbənd kitabəsi üzərində Azərbaycan ölkəsinin adı səkilir. Sacilər bütün şimallı, cənublu Azərbaycanı birləşdiriblər. Roma, yunan dönəmində Ermənistan dövlət adı kimi qeyd olunmur. Ərəblər arameylər olan ərazini Ərməniyyə adlandırdı. Regionu tanıyan ərəb səyyahları Azərbaycan adlarını olduğu kimi veriblər".
R.Əlizadə vurğulayıb ki, qədim ərəb və İran mənbələrində regionun əsas ölkəsi Azərbaycan qeyd olunur: "16-cı əsr Venesiya xəritəsində Qərbi Azərbaycan türk adları ilə verilib. Ermənilərlə urartulular bir-biri ilə vuruşan, fərqli danışan toplumdur".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: