EN

Rusiyanın ABŞ-dəki yeni səfiri Vaşinqtona gedib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın ABŞ-dəki yeni səfiri Aleksandr Darçiyev Vaşinqtona gedib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, diplomatın olduğu təyyarə Vaşinqtonun Dalles hava limanına enib.
"Sanksional dağıntılar da daxil olmaqla, "toksik irsin" təmizlənməsi daha böyük səylər tələb edir", - deyə Darçiyev ABŞ-yə gələrkən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında münasibətlərin normallaşdırılması üzrə iş artıq bütün istiqamətlər üzrə aparılır və hər iki tərəf nəticənin əldə edilməsinə diqqətini cəmləyib.
"Sevindirici haldır ki, mənim Rusiya səfiri kimi ABŞ-də mövcudluğum əvvəlki administrasiya dövründə qırılma astanasında olan ikitərəfli münasibətlərimizdə müəyyən "imkanlar pəncərəsi"nin yarandığı bir şəraitdə başlayır", - deyə o qeyd edib.
Diplomat bildirib ki, Rusiya tərəfi rusiyalılar üçün viza prosedurlarının sadələşdirilməsinə, birbaşa hava nəqliyyatının bərpa edilməsinə, həmçinin, diplomatların iş şəraitinin normallaşdırılmasına və müsadirə edilmiş əmlakın qaytarılmasına çalışacaq.
Martın 27-də Aleksandr Darçiyev etimadnaməsinin surətlərini Dövlət Departamentinə təqdim edəcək.
Xatırladaq ki, martın 6-da Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə səfir təyin edib. Eyni zamanda o, Vaşinqtonda ABŞ Dövlətləri Təşkilatında daimi müşahidəçi vəzifəsini də icra edəcək.
Chosen
84
50
oxu.az

10Sources