EN

ABŞ husilərin Səna aerodromunu vurub

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada “Ənsar Allah” hərəkatının nəzarəti altında olan Əd-Dailami aviabazasına bir sıra zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"ABŞ husilərin Əl-Dailami aviabazasındakı silah anbarlarına üç hava hücumu həyata keçirib", - telekanalın məlumatında deyilir.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Səna səmasında intensiv uçuşları qeydə alınıb. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Chosen
170
44
qaziler.az

10Sources