İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda daha 62 fələstinlinin ölməsi ilə 7 oktyabrdan bu yana ümumi can itkisi 32 min 552-yə yüksəlib.
Moderator.az xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına hücumları 174 gündür ki, davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda İsrailin blokadası altındakı Qəzza zolağına təşkil edilən 6 hücumda 62 fələstinlinin həyatını itirdiyi, 91 nəfərin isə yaralandığı bildirilib. Açıqlamada, Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayının 32 min 552, yaralıların sayının isə 74 min 980-ə yüksəldiyi bildirilib.