EN

Azərbaycan sığorta bazarı son bir ildə 8%-dən çox böyüyüb

2024-cü ilin yanvar-fevral ayında Azərbaycanda sığorta yığımları 8,4% və ya 18,6 milyon manat artaraq 239,7 milyon manata yüksəlib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ötən ilin yanvar-fevral aylarında sığorta bazarı üzrə yığımların həcmi 221,06 milyon manat təşkil edib.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 38% və ya 26,9 milyon manat artaraq 97,4 milyon manata bərabər olub. 2023-ci ilin yanvar-fevral aylarında bu rəqəm 70,5 milyon manat təşkil edib.

Yığımlara nisbətən ödənişlərin dinamikasında daha çox artım sığorta bazarının zərərliliyini yüksəldib. Belə ki, 2023-ci ilin yanvar-fevral aylarında sığortaçılar topladıqları hər 100 manatın 32 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin ilk iki ayında bu rəqəm 42 manata kimi artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
5
Sources
Comment ()
Close