EN

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və etiketlənməsi, idxal sağlamlıq aktı və müvafiq müşaiyətedici sənədlərinin olmaması bu məhsulların həqiqiliyi və mənşəyi barədə əsaslı şübhələr yaradıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Belə ki, muxtar respublikada fəaliyyət göstərən 1 topdansatış anbarında 145, 40 pərakəndə satış mağazasında isə 196 ədəd olmaqla, ümumilikdə, satışda olan 341 ədəd 5 ltirlik qablaşdırmada “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının toxunulmaması təmin edilərək dövriyyəsi dayandırılıb. Adıçəkilən məhsullardan sınaq məqsədilə 3 ədəd nümunə seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq nəticələrinə əsasən hər üç yağ nümunəsinin keyfiyyət göstəricilərində bır sıra uyğunsuzluqlar aşkar edilib. Bundan əlavə yağ-turşu tərkibi üzrə əldə olunan müayinə nəticələrinə əsasən məhsulun təmiz zeytun yağı deyil, bitki mənşəli yağ qarışığından ibarət olduğu müəyyənləşib.

İnsanların həyat və sağlamlığı baxımından vəziyyətin ciddiliyini nəzərə alaraq agentlik tərəfindən müvafiq tədbirlər görülüb.

Belə ki, 338 ədəd 5 litrlik qablaşdırmada (1690 litr) “Saklıvadi” əmtəə nişanlı saxta zeytun yağlarının məhvi barədə qərar qəbul edilib və martın 28-də proses həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
20
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22936
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14415
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13880
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11347
Helikopterin qalıqları tapılıb
8864
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7964
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6971
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5173
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4733
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4007
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3827
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2803
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1614
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1492
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351